13 oyunda 11 qələbə
Xəbərlər / 4 Noyabr 2016 | 21:12527
13 oyunda 11 qələbə

AFFA-nın aşağı yaş qruplarından ibarət komandalar üçün təşkil etdiyi liqalarda növbəti oyunlar keçirilib. “Qəbələ” futbol akademiyasının komandaları 13 matçda qüvvəsini sınayıb. Təmsilçilərimiz bu görüşlərin 11-də qalib gəlib, yalnız birində məğlub olub və bir heç-heçə edib. U-19 VII turda “Neftçi” ilə ev matçında qolsuz heç-heçə edib. Aktivini 17 xala çatdıran komandamız 3-cü pillədə qərarlaşıb. VI turda istirahət edən U-17  13 xala 4-cü yerdədir. U-16 evdə “Kəpəz”in qapısından 4 cavabsız qol keçirib. 4 oyunda 7 xal toplayan komandamız 5-ci pillədə yer alıb. Səfərdə “Qarabağ”ı 4:2 hesabı ilə məğlub edən U-15 komandamız ardıcıl 4-cü dəfə qalib gəlib. 100 faizlik nəticəyə malik olan “Qəbələ” 2-ci pillədə qərarlaşıb. 

Paytaxt regionunun Bakı zonasında çıxış edən U-14 və U-13-də növbəti matçlarına çıxıb. “İnter”i 7:1 hesabı ilə yenən U-14 ardıcıl 6-cı qələbəsini əldə edib. 100 faizlik nəticəyə malik “qırmızı-qaralar” yarışın lideridir. “Qarabağ”ı 7:0 hesabı ilə məğlub edən U-13-ün aktivində 13 xal var. Komandamız 2-ci yerdədir.

Şimal-Qərb və Qarabağ regionunun Qəbələ zonasında mübarizə aparan U-12, U-11 və U-10-ların yarışında klubumuz bir neçə komanda ilə təmsil olunub. U-12 Liqasında “Qəbələ” UGİM-i (İsmayıllı) 11:0, UGİM isə UGİM-i (Ağdaş) 6:0 hesabı ilə yenib. Hər iki təmsilçimiz itkisiz irəliləyir. 15 xala malik komandalarımız turnir cədvəlinin liderləridir. U-11 Liqasında UGİM UGİM-i (Ağdaş) 5:0, “Qəbələ” UGİM-i (Yevıax) 11:2 hesabı ilə üstələyib. İtkisiz liderlik edən komandalarımızın hər ikisi 5 turda 15 xal toplayıb. U-10 Liqasında “Qəbələ” UGİM “Rabitəçi” (Yevlax) üzərində 16:0 hesablı qələbə əldə edib. UGİM Şəkinin 3 nömrəli məktəbinin komandasını 6:2 hesabı ilə yenibsə, Gİİ Şəki UGİM-inə uduzub – 1:3. 5 turdan sonra “Qəbələ” 15, Gİİ və UGİM isə hərəyə 12 xala malikdir.

Qızların yüksək liqa yarışında çıxış edən “Qəbələ” “Zaqatala”nı 4:2 hesabı ilə məğlub edib. 3 matçda 9 xal toplayan “qırmızı-qaralar” turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb.