14 oyun - 13 qələbə, 1 heç-heçə
Xəbərlər / 25 Fevral 2013 | 21:5772
14 oyun - 13 qələbə, 1 heç-heçə

"Qəbələ"nin 17 yaşa qədər futbolçulardan ibarət komandası məğlubiyyətsiz oyunlar seriyasını davam etdirir. Hazırda Azercell U-17 Liqasına başçılıq edən "qırmızı-qaralar" 2012-2013 mövsümünün startından bu yana keçirdiyi 14 oyunda sadəcə bir dəfə xal itkisiylə üzləşib. V tura təsadüf edən sözügedən qarşılaşmada "Qəbələ" AZAL-la sülh baglayıb - 2:2. 

Qəbələ-Qarabağ  1:0
Rəvan-Qəbələ 1:2 
Qəbələ-Neftçi 2:1
Bakı-Qəbələ 2:3
Qəbələ-AZAL 2:2
Qəbələ-İnter 3:2
ROİL-Qəbələ 0:6
Qəbələ-Turan 5:1 
Simurq-Qəbələ 0:2 
Qəbələ-Kəpəz 7:0
Gənclik-Qəbələ 0:2
Qəbələ-Sumqayıt 6:1
Xəzər Lənkəran-Qəbələ  2:3
Qarabağ- Qəbələ 2:3

Son - XIV turda "qırmızı-qaralar" "Qarabağ"ın qonağı olublar. Gərgin mübarizə şəraitində keçən matça "Qəbələ" daha fəal başlayıb. Bunun məntiqi nəticəsi kimi artıq 2-ci dəqiqədə qonaqlar hesabda irəli çıxıblar. Ehtiram Şahverdiyev fərqlənib. "Qarabağ"ın cavab qolu 22-ci dəqiqəyə təsadüf edib - 1:1. 28-ci dəqiqədə Famil Xəlilovun yetrimələri meydan sahiblərini yenidən mərkəzə dəvət ediblər. Ehtiram Şahverdiyev dublunu rəsmiləşdirib və aktivindəki qolların sayını 19-a çatdırıb. 
İkinci yarıya "Qarabağ" daha fəal başlayıb və hissənin əvvəlində status-kvonu bərpa edib - 2:2. Qoldan sonra hücumlarının kəsərini artıran "Qəbələ" 70-ci dəqiqədə istəyinə nail olub. Vəzir Musayev Tərlan Əhmədovun cərimə zərbəsindən ötürdüyü topu başla tora göndərib - 3:2. Matçın final fitinə kimi hər iki tərəfin fərqlənmək imkanı olsa da, hesab dəyişməyib və "Qəbələ" cari mövsümdə 13-cü qələbəsini qazanıb. Bu qələbədən sonra "qırmızı-qaralar" aktivindəki xalların sayını 40-a çatdırıb. İkinci pillədə qərarlaşan "Neftçi"nin 36, uçüncü pilləyə sahiblik edən "Bakı"nın 33 xalı var.

Yer

Komanda

O

Q

H

M

T/F

Xal

1

Qəbələ

14

13

1

0

47-14

40

2

Neftçi

14

12

0

2

43-15

36

3

Bakı

14

11

0

3

52-12

33

4

Qarabağ

14

8

3

3

28-11

27

5

İnter

14

6

5

3

36-18

23

6

Rəvan

14

7

1

6

31-25

22

7

AZAL

14

5

3

6

15-21

18

8

Sumqayıt

14

5

2

7

19-30

17

9

Gənclik

13

4

3

6

19-35

15

10

Turan

13

4

2

7

14-27

14

11

Kəpəz

14

3

4

7

13-19

13

12

Xəzər Lənkəran

14

2

2

10

22-35

8

13

ROİL

13

1

2

10

12-50

5

14

Simurq

13

0

2

11

4-40

2