16 futbolçumuz Azərbaycan yığmalarında
Xəbərlər / 2 Aprel 2018 | 18:32366
16 futbolçumuz Azərbaycan yığmalarında

“Qəbələ”nin 16 futbolçusu Azərbaycan milli komandalarına dəvət alıb. Onlardan səkkizi U-16, səkkizi U-17-yə cəlb olunub. Kamal Kazımov, Rauf Rüstəmli, Mehrac Baxşəliyev, Ümid Həmzəyev, Vüsal Mirzəzadə, Ülvi Mədətov, Orxan Səlimov və Süleyman Domadayev 16 yaşadək futbolçulardan ibarət komandanın hazırlıq prosesində iştirak edəcək. Bu gün start götürən seleksiya xarakterli təlim-məşq toplanışı Bakıda gerçəkləşir.

Vüsal Şabanov, Müşviq Nadirov, Nemət Şıxəmirov, Rüfət Əhmədov, Nika Baçaliaşvili, Veysəl Rzayev, Samir Məhərrəmli və Rauf Məhərrəmov 17 yaşadək futbolçulardan ibarət yığmaya dəvət alıb. Onlar aprelin 3-8-dək Bakıda keçiriləcək təlim-məşq toplanışında, ardınca - ayın 9-16-da  Bosniya və Herseqovinada təşkil olunacaq UEFA İnkişaf turnirində iştirak edəcək.