2 oyuna 25 qol
Xəbərlər / 9 Aprel 2013 | 12:3172
2 oyuna 25 qol

U-17 və U-15 Liqalarında növbəti turun oyunları keçirilib. Azercell U-17 Liqasının XX turunda doğma meydançada ROİL-i (Bakı) qəbul edən “Qəbələ”nin 17 yaşa qədər futbolçulardan ibarət komandası rəqibini meydançaya çıxmağa peşman edib. Paytaxt təmsilçisinin qapısından 12 cavabsız top keçirən “qırmızı-qaralar” böyükhesablı qələbələrinə daha birisini əlavə ediblər - 12:0. Təmsilçimizə 3 xalı gətirən qollara Ehtiram Şahverdiyev (7), Vəzir Musayev (2), İlkin Allahverdiyev, Roman Hüseynov və Əli Səmədov imza atıb. Bu nəticədən sonra xallarının sayını 53 çatdıran “Qəbələ” turnir cədvəlinə rəhbərlik edir. Cari çempionatda 41 dəfə fərqlənən Ehtiram Şahverdiyev U-17 Liqasının ən sərrast futbolçusudur.

U-15 Liqasının II mərhələsinin II turunda “Qarabağ”ı qəbul edən “Qəbələ” U-17-nin uğurunu davam etdirib. Rəqib qapısına 13 dəfə yol tapan “qırmızı-qaralar” öz qapılarında 1 qol görüblər - 13:1. Coşqun Süleymanov 11 dəfə, Baxşəli Baxşəliyev və Rövlan Muradov isə hərəyə 1 dəfə “Qarabağ”ı meydançanın mərkəzinə dəvət edib. Beləliklə, “Qəbələ” II mərhələdə keçiridiyi ikinci oyundan da qələbə ilə ayrılıb.