5 futbolçumuz Azərbaycan yığmalarında
Xəbərlər / 3 Aprel 2017 | 21:49385
5 futbolçumuz Azərbaycan yığmalarında

“Qəbələ” futbol akademiyasının oyunçuları Azərbaycan milli komandalarına çağırılıb. Üç futbolçumuz U-19, ikisi isə U-16-ya dəvət alıb. Murad Popov, Fərid Nəbiyev və  Əli Sadıxov 19 yaşadək futbolçulardan ibarət komandanın hazırlıqlarında iştirak edəcək. Aprelin 6-dan 14-dək Bakıda təlim-məşq toplanışı keçirəcək yığmamız ayın 11-də və 13-də Makedoniya ilə 2 yoxlama oyununda qüvvəsini sınayacaq. Bu görüşlər “Dalğa Arena”da baş tutacaq.
Hüseyin Mürsəlov və Ülvi Mədətov 16 yaşadək futbolçulardan ibarət yığmanın hazırlıqlarına qoşulub. Onlar aprelin 2-də bir araya gələn milliyə sonradan dəvət edilib. Öncədən isə daha 7 oyunçumuz U-16-ya cəlb olunmuşdu. Bunlar Rauf Rüstəmli, Vüsal Şabanov, Samir Məhərrəmli, Nemət Şıxəmirov, Rüfət Əhmədov, Veysəl Rzayev və Rauf Məhərrəmovdur. Futbolçularımız ayın 9-dək davam edəcək hazırlıqda iştirak edəcək.