5 futbolçumuz Azərbaycan yığmasında
Xəbərlər / 14 Avqust 2017 | 19:26479
5 futbolçumuz Azərbaycan yığmasında

17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası növbəti təlim-məşq toplanışına start verib. Yığmamız Bosniya və Herseqovinanın Sarayevo şəhərində hazırlıq keçir. Komandanın hazırlıqlarında “Qəbələ”nin 5 futbolçusu iştirak edir. Bunlar Xəyal Muradov, Cavidan Rəhimli, Məhəmməd Məhərrəmov, Əli Mürsəlov, Samir Qurbanovdur. Onların da heyətində yer aldığı milli komandanın Bosniya və Herseqovinanın U-17 yığması ilə 2 yoldaşlıq oyunu nəzərdə tutulub.