5 futbolçumuz Azərbaycan yığmasında
Xəbərlər / 28 Avqust 2017 | 20:51557
5 futbolçumuz Azərbaycan yığmasında

19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının heyəti açıqlanıb. Avqustun 30-da start götürəcək hazırlıq prosesinə “Qəbələ”nin üzvləri də dəvət alıblar. Toplanışda komandamızın 5 oyunçusu iştirak edəcək. Bunlar Abbas Ağazadə, Əli Sadıxov, Murad Popov, Fərid Nəbiyev və Faiq Hacıyevdir. Onlar sentyabrın 1-dək davam edəcək hazırlıqlara qatılacaq.