5 futbolçumuz Azərbaycan yığmasında
Xəbərlər / 19 Yanvar 2018 | 17:40487
5 futbolçumuz Azərbaycan yığmasında

19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının heyəti açıqlanıb. Yığmamız yanvarın 21-dən 31-dək Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışı keçirəcək. Toplanışa “Qəbələ”nin 5 futbolçusu da dəvət alıb. Bunlar Fərid Nadirov, Rüstəm Nuriyev, Kamran Quliyev, Samir Qurbanov, Məhəmməd Məhərrəmovdur.

Hazırlıq müddətində U-19 üç yoxlama oyunu keçirəcək. Milli komanda yanvarın 24-də və 28-də Kosovonun müvafiq yaş qrupundan ibarət yığması, 30-da isə Rusiyanın “Krasnodar” klubunun əvəzediciləri ilə üz-üzə gələcək.