5 futbolçumuz milliyə dəvət aldı
Xəbərlər / 11 İyun 2013 | 12:57351
5 futbolçumuz milliyə dəvət aldı

Bu mövsüm uğurlu çıxışla yadda qalan "Qəbələ"nin 19 yaşa qədər futbolçulardan ibarət komandasının 5 üzvü - Elvin Camalov, Quliyev Sadiq, Tellur Mütəllimov, Elnur Mustafazadə və Ehtiram Şahverdiyev Azərbaycanın U-19 millisinə dəvət alıb. Milli komandanın 21-23 iyun tarixlərində Bakıda, 23 iyun - 01 iyul tarixlərində isə Avstriyada təlim-məşq toplanışı təşkil olunacaq. Hazırlıq prosesi müddətində yığmanın bir neçə hazırlıq oyunu keçirməsi planlaşdırılır.