6 oyunda 3 qələbə
Xəbərlər / 24 Oktyabr 2014 | 18:05420
6 oyunda 3 qələbə

Aşağı yaş qruplarından olan komandalar üçün AFFA tərəfindən təşkil olunan liqalarda növbəti oyunlar keçirilib. Son bir həftədə U-14, U-13, U-12 və U-11 Liqalarında 2014/15 mövsümünün IV, U-19, U-16 və U-15 Liqalarında isə V turunun matçları keçirilib. U-17-lər isə bu dəfə meydana çıxmayıb. “Qəbələ”nin meydana çıxan 6 komandasından üçü qalib gəlib, ikisi heç-heçə edib və yalnız biri uduzub. Ən böyükhesablı qələbəni isə 10 cavabsız qol vuran U-13 əldə edib.
Paytaxt zonasında çıxış edən U-14 komandası “Bakı”ya qalib gəlib – 5:1. “Qəbələ” 4 turdan sonra 7 xal toplayıb. Komandanın növbəti rəqibi “Nefti” İK olacaq.
U-13 komandası Balakən UGİM-i ni 10:0 hesabı ilə məğlub edib. Keçirdiyi hər 3 matçda qalib gələn “Qəbələ” növbəti turda ismayıllı UGİM-i ilə görüşəcək.
“Daşqın”la qarşılaşan U-12 ardıcıl 2-ci dəfə 1 xalla kifayətlənib – 1:1. 4 matçda 8 xal toplayan komandanın növbəti rəqibi “Rabitəçi” olacaq.
U-11 Liqasında “Qəbələ” “Simurq”la qarşılaşıb. “Qırmızı-qaralar” bu matçda 1:2 hesabı ilə uduzub. 3 matçda 6 xal toplayan komanda növbəti turda Qəbələ UGİM-i ilə üz-üzə gələcək. 
U-19 Liqasında “Qəbələ” AZAL-la məhsuldar heç-heçə edib – 3:3. 4 oyunda 7 xal toplayan komanda növbəti matçında “İnter”lə görüşəcək.
“Qəbələ”nin 4 oyundan sonra 12 xalla liderlik etdiyi U-17 komandası son həftə matç keçirməyib. Növbəti turda “qırmızı-qaralar” “Xəzər Lənkəran”la görüşəcək.
U-16 Liqasında “Qarabağ”la oyunu baş tutmayan “Qəbələ” 4 matçda topladığı 10 xalla yarışın potensial lideridir. Növbəti matçda komanda “Sumqayıt”la görüşəcək.
Litvada keçirilən beynəlxalq turnirin lideri olan U-15 səfərə lider kimi yollanıb. “Bakı”nı 2:1 hesabı ilə məğlub edən komanda 5 matçda 13 xal toplamaqla turnir cədvəlinin 1-ci pilləsindədir. U-15 növbəti turda “İnter”lə görüşəcək.