7 futbolçumuz milli komandada
Xəbərlər / 9 Noyabr 2017 | 20:20344
7 futbolçumuz milli komandada

16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının heyəti açıqlanıb. Noyabrın 10-dan təlim-məşq toplanışına start verəcək milli komandaya “Qəbələ”nin 7 futbolçusu da dəvət alıb. Bunlar Vüsal Şabanov, Rüfət Əhmədov, Nika Baçaliaşvili, Samir Məhərrəmli, Kamal Kazımov, Rauf Məhərrəmov və Veysəl Rzayevdir. Yığmamız noyabrın 18-dək hazırlıq keçəcək. Təlim-məşq toplanışı Bakıda gerçəkləşəcək.