Altı futbolçumuz U-15-də
Xəbərlər / 23 Oktyabr 2017 | 18:58315
Altı futbolçumuz U-15-də

15 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının heyəti açıqlanıb. Sabah start götürəcək təlim-məşq toplanışında iştirak edəcək futbolçuların siyahısında “Qəbələ”nin 6 üzvü də yer alıb. Bunlar Ülvü Mədətov, Vüsal Mirzəzadə, Rauf Rüstəmli, Taleh Qarayev, Kamal Kazımov və Mehrac Baxşəliyevdir. Onların da heyətində yer aldığı yığmamız oktyabrın 24-dən 27-dək qədər hazırlıq keçəcək. Millimizin toplanışı Bakıda gerçəkləşəcək.
Daha bir futbolçumuz - Nigar Abdulova da Azərbaycan yığmasının heyətində yer alıb. O, 19 yaşadək qızlardan ibarət millinin heyətində Avropa çempionatının seçmə mərhələsində çıxış edəcək. Yığmamız oktyabrın 25-də Ukrayna, 28-də İspaniya, 31-də meydan sahibi Albaniya ilə görüşəcək.