Antalya toplanışı: U-19 qələbə ilə başladı - Video
Xəbərlər / 12 Yanvar 2017 | 00:04521
Antalya toplanışı: U-19 qələbə ilə başladı - Video

Antalyada təlim-məşq prosesi keçən "Qəbələ"nin 19 yaşlıları ilk oyununa çıxıb.

"Qartalspor"la qarşılaşan komandamız 3:1 hesabı ilə qalib gəlib. "Qırmızı-qaralar"ın heyətində Quliyev Kamran dubl edib. Digər qolu isə Abbaslı Məhəmməd rəqib qapısından keçirib.
Komandamız matça aşağıdakı start 11-liyi ilə başlayıb:
Sultanov Elməddin, Əjdərli Tural , Hacıyev Faiq, Soltanov Osman, Mehrəliyev Güləli, Abdullayev İlkin (k), Mustafayev Vüsal, Tağıyev Elmir, Quliyev Kamran, Mütəllimov Tunar, Əlizadə Tacir
İlk hissədən sonra əvəzlənən futbolçular - Əlizadə Tacir və Elmir Tağıyev Qəbələ TV-yə toplanışın gedişi və matçdan danışıblar.