«Belə rəqib gözləmirdim»
Xəbərlər / 23 Noyabr 2012 | 10:09481
«Belə rəqib gözləmirdim»

Təlim-məşq məqsədi ilə Qəbələdə səfərdə olan Tbilisi “Dinamo”sunun 15 yaşa qədər futbolçulardan ibarət komandasının baş məşqçisi  Levan Kvantseladze fikirlərini gabalafc.az-la bölüşüb. İlk oyunda “Qəbələ”yə 2:0 hesabilə qalib gələn komandanın rəhbəri bu səviyyədə rəqib gözləmədiyini söyləyib:

“İlk matç maraqlı alındı. İki güclü komanda üz-üzə gəldi. Qalib gəlməyimizə baxmayaraq  komandamın çıxışından razı qalmadım. Futbolçular bacarıqlarını tam ortaya qoya bilmədilər. Bunu uzun yol gəlməyimizlə əlaqələndirərdim. Düşünürəm ki ikinci oyunumuz daha maraqlı alınacaq.  O ki qaldı “Qəbələ”yə rəqibin oyun üslübunu və ümumilikdə komandanı çox bəyəndim. Bu cür güclü rəqib gözləmirdim. Çox distiplinli, komplekt kollektiv formalaşdırılıb”.

Kvantseladze Qəbələyə heyran qaldığını da gizlətməyib:

“Qəbələdə futbol oynamaq üçün hər cür şərait var. Meydançaları, ot örtüklərini çox bəyəndim. Çox istərdik ki, Gürcüstanda klubların bu cür bazası olsun. İnfrastruktur baxımından Gürcüstan klublarını xeyli qabaqlayırsınız. Futbolçularım Qəbələni İngiltərəyə bənzədirlər – gözəl təbiət, duman və super meydançalar”.