«Caspian Cup» turnirinə yekun vuruldu
Xəbərlər / 12 İyun 2017 | 01:18600
«Caspian Cup» turnirinə yekun vuruldu

Rusiyanın Kaspiysk şəhərində keçirilən “Caspian Cup” turnirinə yekun vurulub. “Qəbələ”nin 14 yaşadək futbolçulardan ibarət komandası turnirin son günündə 7-ci yer uğrunda matça çıxıb. “Qırmızı-qaralar” Rusiyanın “Ramzan” komandası ilə qarşılaşıb. Oyun boyu üstünlüyə malik olan “Qəbələ” topa daha çox nəzarət etsə də, bundan yararlana bilməyib. Görüşün əsas vaxtı qalibi müəyyənləşdirməyib. Əlavə vaxtın ilk 10 dəqiqəsində də azarkeşlər qol görməyib. Son 10 dəqiqədə vurulan yeganə qol isə rusiyalılara qələbə qazandırıb – 1:0. Beləliklə, Rakif Əliyevin baş məşqçisi olduğu U-14 turniri 8-ci pillədə başa vurub.

Yarışın qalibi adına isə finalda Rusiya “Krasnodar”ına 2:1 hesabı ilə qalib gələn Gürcüstan “Dinamo”su (Tiflis) yiyələnib. Üçüncü yeri isə Rusiya “Rostov”u tutub.