Daha bir komandamız çempionluğun astanasında - U-13 Finalda!!!
Xəbərlər / 10 May 2013 | 12:23216
Daha bir komandamız çempionluğun astanasında - U-13 Finalda!!!

U-13 Liqasının ilkin mərhələsini uğurla adlayan "Qəbələ"nin 13 yaşa qədər futbolçulardan ibarət komandası uğurlu çıxışı yekun - final mərhələsində də davam etdirib. Qrupda “İnter” (2:0), “Sabirabad” (6:0) və “Neftçi” ilə (2:2) qarşılaşan “Qəbələ” 7 xalla ilk pillədə ¼ final mərhələsinə yüksəlib. Bu etapda “qırmızı-qaralar” UGİM (Ağstafa) ilə münasibətlərinə aydınlıq gətirib. Rəqibini bütün parametrlərdə üstələyən Sərdar Qafarovun yetirmələri 3:1 hesabilə qalib gəlib və yarımfinalda oynamaq hüququ qazanıb. Finala vəsiqə uğrunda mübarizədə “Qəbələ”  “Xəzər-Lənkəran”la üz-üzə gəlib. Gərgin və maraqlı mübarizə şəraitində keçən matç “qırmızı-qaralar”ın 3:0-lıq qələbəsi ilə yekunlaşıb. 
Qızıl medallar uğrunda həlledici oyunda təmsilçimiz “Qarabağ” ilə qarşılaşacaq. Matç bazar günü mayın 12-də Bayıl Arenada baş tutacaq. Görüş “İdman Azərbaycan” kanalı vasitəsilə canlı yayımlanacaq.
Xatırladaq ki, aşağı yaş qruplarında "Qəbələ"nin 2 komandası - U-11 və U-19 kollektivləri cari mövsümü çempionluqla yekunlaşdırıb.

I tur 

06.05.2013 
İnter PİK - Qəbələ FK  0:2
Neftçi PFK - Sabirabad 5:0
Bakı FK - Çinar Gəncə 3:0
UGİM Naxçıvan - UGİM (Ağstafa) 0:5
Əlincə FK - Xəzər Lənkəran FK 1:1
UGİM (Mingəçevir) - Sumqayıt FK 2:0
Qarabağ FK - MKT-Araz 2:1
Masallı - Xaçmaz 0:1

II tur

07.05.2013 
Çinar Gəncə - UGİM (Ağstafa) 0:0
Bakı FK - UGİM Naxçıvan 8:2
Qəbələ FK - Sabirabad 6:0
İnter PİK - Neftçi PFK 1:1
Xəzər Lənkəran FK - Sumqayıt FK 3:0
Əlincə FK-UGİM (Mingəçevir) 0:0
MKT-Araz - Xaçmaz 0:1
Qarabağ FK - Masallı 3:0

III tur

08.05.2013 
UGİM (Mingəçevir) - Xəzər Lənkəran FK 1:1
Sumqayıt FK - Əlincə FK 0:3
Masallı - MKT-Araz 2:0
Xaçmaz - Qarabağ FK 1:4
Neftçi PFK - Qəbələ FK 2:2
Sabirabad - İnter PİK 1:4
UGİM Naxçıvan - Çinar Gəncə 1:4
UGİM (Ağstafa) - Bakı FK 2:2

 

1/4 final - 09.05.2013

Bakı FK - Neftçi PFK 1:3
Qarabağ FK - Əlincə FK 2:1
Qəbələ FK - UGİM (Ağstafa) 3:1
Xəzər Lənkəran FK – Xaçmaz 2:1

1/2 final - 10.05.2013

Qarabağ FK - Neftçi PFK 2:1
Qəbələ FK - Xəzər-Lənkəran FK 3:0

III yer uğrunda oyun - 12.05.2013

Neftçi PFK - Xəzər Lənkəran FK

Final - 12.05.2013

Qarabağ FK - Qəbələ FK