«Dinamo» ilk oyunda qələbə qazandı - Fotoreportaj
Xəbərlər / 22 Noyabr 2012 | 14:53440
«Dinamo» ilk oyunda qələbə qazandı - Fotoreportaj

Təlim-məşq məqsədi ilə olkəmizə səfər edən Tbilisi “Dinamo”sunun 15 yaşa qədər futbolçulardan ibarət komandası bu gün “Qəbələ”li həmyaşıdları ilə ilk yoxlama oyununda üz-üzə gəlib. Bərabər mübarizə şəraitində keçən qarşılaşma qonaqların 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Gürcüstan təmsilçisinin heyətində Rati Artizaşvili və Giorgi Qoqilaşvili fərqlənib. Komandalar arasında növbəti oyun 2 gün sonra – noyabrın 24-ü baş tutacaq. 

Xatırladaq ki, “Qəbələ” Futbol Klubunun təşəbbüsü ilə reallaşan səfərin məqsədi U-15 komandasının beynəlxalq təcrübəsinin artırılmasıdır. Gürcü klubu ilə qarşılaşmalar həm də mövsümün sonunda Qəbələdə təşkil olunacaq II Qəbələ Beynəlxalq Futbol Turnirinə hazırlıq məqsədi daşıyır.