Joze Mourinyo turnirinə yekun vuruldu
Xəbərlər / 23 Sentyabr 2013 | 12:35448
Joze Mourinyo turnirinə yekun vuruldu

"Qəbələ"nin 14 yaşa qədər futbolçulardan ibarət komandasının yer aldığı Joze Mourinyo beynəlxaq turnirə yekun vurulub. İspaniyanın paytaxtı Madriddə  təşkil olunan ənənəvi turnirdə dünyanın müxtəlif ölkələrini təmsil edən 24 klub iştirak edib.  "Real", "Barselona", "Atletiko", "Yuventus", "Ayaks", "Fulhem" kimi komandaların yer aldığı turnirdə təcrübə baxımından rəqiblərindən geri qalan "qırmızı-qaralar" 23-cü yerlə kifayətlənib. 1-ci qrupda mübarizə aparan təmsilçimiz qrup mərhələsində "Real" (Madrid, İspaniya), Los Anceles Akademiyası (ABŞ), “Akademika Koimbra” (Portuqaliya), “Jef Yunayted” (Yaponiya) və “IFK Stoksund”la (İsveç) qarşılaşıb. Görüşlər aşağıdakı nəticələrlə yekunlaşıb:

"Real" - "Qəbələ" 3:0
"Qəbələ" - “Jef Yunayted” 0:1
Los Anceles Akademiyası - "Qəbələ" 10:0
"Qəbələ" - "Stuksund" 0:1
“Akademika Koimbra” - "Qəbələ" 2:1

Bu nəticələrdən sonra qrupda sonuncu pilləni tutan "Qəbələ" növbəti oyunda - 21-ci yer uğrunda mübarizədə ABŞ-ın "Çivas" klubu ilə üzləşib. Qarşılaşma amerikalıların 3:0-lıq qələbəsi ilə yekunlaşıb. Son oyunda - 23-cü yer uğrunda matçda "qırmızı-qaralar" İspaniya təmsilçisi "U. D. San Sebastian" kollektivi ilə münasibətlərinə aydınlıq gətirib. Görüş təmsilçimizin böyükhesablı qələbəsi ilə bitib - 6:0. Beləliklə, 14 yaşlılarımız ilk dəfə çıxış etdiyi beynəlxal turniri 23-cü yerdə tamamlayıb.

Turnirin qalibi isə finalda "Real"ı penaltilər seriyasında məğlub edən Madrid təmsilçisi "Atletiko" olub. Oyunun əsas vaxtı 1:1 hesabı ilə yekunlaşsa, "Atletiko" oyunsonrası penaltilərlə (4:3) kuboka sahib olub.