Məşqçilər Komitəsinin üzvləri «Qəbələ» Futbol Akademiyasında
Xəbərlər / 6 Oktyabr 2016 | 20:53818
Məşqçilər Komitəsinin üzvləri «Qəbələ» Futbol Akademiyasında

AFFA-nın Məşqçilər Komitəsinin üzvləri “Qəbələ” Futbol Akademiyasına səfər ediblər. Komitənin sədri Vaqif Sadıqov, həmçinin komitənin üzvləri Ağasəlim Mircavadov və Şakir Qəribovun yer aldığı heyətin səfərində məqsəd AFFA-nın təşkil etdiyi bütün yaş qrupları üzrə liqalarda çıxış edən komandaların məşq və oyunlarını izləmək olub. Səfərin ilk günündə aşağı yaş qrupları üzrə komandaların məşqlərində iştirak edən komitə üzvləri U-19 Liqasında keçirilən “Qəbələ” – “Kəpəz” qarşılaşmasına (4:1) da stadiondan baxıblar. Qonaqlar akademiyanın baş məşqçisi Halim Fıçıcı ilə görüşərək, onunla fikir mübadiləsi aparıblar. Aşağı yaş qruplarının məşqini izləyən əsas komandanın baş məşqçisi Roman Qriqorçukla da görüşən mütəxəssislər öz fikirlərini ukraynalı çalışdırıcı ilə də bölüşüblər.
Səfərin ikinci günündə digər komandaların çalışmalarını izləyən komitə üzvləri məşqçilərin fəaliyyəti ilə maraqlanıb, onların gördükləri işlərlə yaxından tanış olublar. Görüşdə qeyd olunub ki, Məşqçilər Komitəsi daha perspektivli çalışdırıcılar nəzarətdə saxlayacaq, onların daha da inkişaf etməsi üçün əllərindən gələni edəcək.