Murad Popov Avropa çempionatının seçmə mərhələsində
Xəbərlər / 3 Oktyabr 2017 | 22:38501
Murad Popov Avropa çempionatının seçmə mərhələsində

19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının heyəti açıqlanıb. Avropa çempionatının seçmə mərhələsinin oyunlarında iştirak edəcək yığmanın heyətində “Qəbələ”nin də futbolçusu yer alıb. Bu, qapıçı Murad Popovdur. Onun da sıralarında olduğu komandamız matçları İrlandiyada keçiriləcək qrupda meydan sahibləri, Serbiya və Kiprlə görüşəcək. Millimiz ilk görüşünü sabah İrlandiyaya qarşı keçirəcək.