«Qəbələ» açılış oyununda «Real»la qarşılaşacaq
Xəbərlər / 19 Sentyabr 2013 | 07:56436
«Qəbələ» açılış oyununda «Real»la qarşılaşacaq

"Qəbələ"nin 14 yaşa qədər futbolçulardan ibarət komandasının məşhur portuqaliyalı mütəxəssis Joze Mourinyonun adını daşıyan beynəlxalq turnirdə iştirak məqsədilə İspaniyaya yollanması ilə bağlı xəbər vermişdik. "Real", "Barselona", "Atletiko", "Yuventus" kimi tanınmış komandaların iştirakı ilə baş tutacaq turnirin qrup oyunlarının vaxtı müəyyənləşib. "Qırmızı-qaralar" sabah açılış matçında "Real"la üz-üzə gələcək. Sizləri I qrupda yer alan"Qəbələ"nin oyun qrafiki ilə tanış edirik:

I Qrup

20 sentyabr

13:00 "Real" (Madrid, İspaniya) - "Qəbələ"
14:30 "Qəbələ" - "Jef Yunayted" (Yaponiya)
20:15 Los Anceles Akademiyası (ABŞ) - "Qəbələ"
21:45 "Qəbələ" - "IFK Stoksund" (İsveç)

21 sentyabr

13:45 "Akademika Koimbra" (Portuqaliya) - "Qəbələ"

Qeyd: Saatlar Bakı vaxtı ilə göstərilib. Komandalar qruplarda tutduqları yerə görə çıxışlarını davam etdirəcəklər.