«Qəbələ» «Bakcell U-14 Elit Kuboku»nun qalibi oldu - VİDEO
Xəbərlər / 23 Fevral 2016 | 12:21680
«Qəbələ» «Bakcell U-14 Elit Kuboku»nun qalibi oldu - VİDEO

“Bakcell U-14 Elit Kuboku” turnirinə yekun vurulub. Bir il əvvəl olduğu kimi turnirin final oyununda “Qəbələ” ilə “İnter” üz-üzə gəlib. Həlledici matça qədər keçirdiyi bütün oyunlarda qalib gələn “qırmızı-qaralar” bu dəfə də rəqibindən güclü olub. Bayıl stadionundakı oyuna 3:1 hesabı ilə qalib gələn komandamız ardıcıl ikinci dəfə kubokun sahibi olub. Xatırladaq ki, yarışa A qrupunda başlayan “Qəbələ” Qərb yığmasını 3:1, Şimal Elit yığmasını 5:0, “Sumqayıt”ı 2:0, 1/4 finalda Şimal-Qərb Elit yığmasını 7:1, yarımfinalda isə “Neftçi” PFK-nı 3:2 hesabı ilə məğlub edib.