«Qəbələ»dən 2 böyükhesablı qələbə
Xəbərlər / 27 Sentyabr 2016 | 18:45406
«Qəbələ»dən 2 böyükhesablı qələbə

“Qəbələ” Futbol Akademiyasının komandaları 2016-2017 mövsümünə start verib. “Qırmızı-qaralar” AFFA-nın təşkilatçılığı ilə keçirilən aşağı yaş qruplarından ibarət komandalar arasında liqalarda ilk oyunlarını keçirib. 4 oyunun üçündə qalib gələn futbolçularımız 2 böyükhesablı qələbə əldə edib.
Startı verilən U-19 Liqasında “Qəbələ” “Sumqayıt”ın qonağı olub. “Qırmızı-qaralar” meydanı 2:1 hesablı qələbə ilə tərk edib. Sabah baş tutacaq II turda rəqib “Neftçi” İK İB olacaq.
Mövsümün start matçında U-14 “Xəzri” ilə görüşüb. Paytaxt regionunun Bakı zonasında çıxış edən “Qəbələ” bu matçda 10:0 hesabı ilə qalib gəlib. “Qırmızı-qaralar” həftəsonu keçiriləcək II turda “Vətən RİOEUG” ilə qarşılaşacaq.
U-17 komandamız isə səfərdə “Rəvan”la görüşüb. “Qəbələ” bu matçda da böyükhesablı qələbə qazanıb – 3:0. Komandamızın növbəti rəqibi “Neftçi” İK İB olacaq.
Paytaxt regionunun Bakı zonasında çıxış edən U-13 isə “Nefftçi” İK İB-ə uduzub – 0:1. Növbəti turda “qırmızı-qaralar” “Rəvan”la görüşəcək.