“Qəbələ” Donetsk səfərinə hazırlaşır
Xəbərlər / 6 Mart 2012 | 13:51611
“Qəbələ” Donetsk səfərinə hazırlaşır

“Qəbələ”nin 1997-ci il təvəllüdlü futbolçularından ibarət komandası (U-15) martın 9-dan 16-dək  Ukraynanın Donetsk şəhərində təlim-məşq toplanışında olacaq. Bu, “Qəbələ” ilə Ukraynanın “Şaxtyor” klubu arasında əməkdaşlıqla bağlı rəsmi sənəddə nəzərdə tutulan növbəti addımdır. Qeyd edək ki, ilk mərhələdə klub rəsmilərinin qarşılıqlı səfərləri ilə təməli qoyulan əməkdaşlıq yanvar ayında tərəflər arasında imzalanan protokolla rəsmiləşdirilib. 

Donetskdə klubumuzu təmsil edəcək nümayəndə heyətinə 25 nəfər daxil edilib: Əli Yavaş (Qəbələ Futbol Akademiyasının direktoru), Nail Kərimov (direktor müavini), Halim Fıçıcı (baş məşqçi), Eldəniz Süleymanov (məşqçi), Uğur Kurt (qapıçı məşqçisi), Şabəddin Məmmədov (fizioterapevt), Elnur Əfəndiyev (inzibatçı) və futbolçular Aleksey Dedyukin, Yusif Şirinov, Bəhlul Mustafazadə, Ayxan Əsədov, Çingiz Hüseynov, Mirəli Məmmədzadə, Maqomed Quseynov, Orxan Mehrəlizadə, Yusif Nəbiyev, Əli Səmədov, Emin Zamanov, Tural Məmmədzəyev, Sahil Mirzəyev, Ülvü İskəndərov, Roman Hüseynov, Vüqar Əlibabayev, Coşqun Süleymanov, Fərid Əsədli. 
  
“Qəbələ” U-15 bir həftə davam edəcək toplanış çərçivəsində 3 yoxlama görüşündə də qüvvəsini sınayacaq. Futbolçularımız martın 11-də “Şaxtyor”un U-15, 13-də “Şaxtyor”un şəhər filialının komandası, 15-də isə “Metallurq”un U-15 kollektivləri ilə qarşılaşacaqlar. 
Qeyd edək ki, Qəbələ futbolçuları təlim-məşq toplanışı günlərində “Şaxtyor”un əsas komandasının bazasında qalacaqlar. Bundan əlavə gənc futbolçularımız Avropanın ən möhtəşəm arenalarından sayılan “Donbass Arena”na ilə əyani şəkildə tanış olacaqlar. Qeyd edək ki, xarici ölkələrdə, xüsusilə də tanınmış klubların bazasında keçirilən hazırlıq və beynəlxalq görüşlərin akademiyanın gənc futbolçularının dünyagörüşünün formalaşması və onların hazırlıq səviyyəsinin peşəkar səviyyəyə çatdırılmasında rolu əvəssizdir.  

Qeyd edək ki, gələcəkdə “Şaxtyor”un da aşağı yaş qrupundan olan komandalarının Qəbələyə səfər edəcəyi nəzərdə tutulur.