“Qəbələ” Kuşadası Beynəlxalq Turnirində 5-ci oldu
Xəbərlər / 24 Aprel 2012 | 05:59588
“Qəbələ” Kuşadası Beynəlxalq Turnirində 5-ci oldu

III Beynəlxalq Kuşadası Turnirində bugün 5-ci yer uğrunda matça çıxan "Qəbələ"nin 14 yaşa qədər futbolçulardan ibarət komandası qarşılaşmanı qələbə ilə yekunlaşdırıb. Birinciliyin son qarşılaşmasında "Dardanelspor"la üz-üzə gələn təmsilçimiz Fərid Əsədlinin yeganə qolu ilə görüşü qalib bitirib. Bu nəticədən sonra komandamız 3-cü dəfə iştirak etdiyi turnirdə ən yaxşı nəticəni müəyyənləşdirib. Xatırladaq ki, ilk dəfə 2010-cu ildə iştirak etdiyi turnirdə təmsilçimiz turnirin ən ümidverici komandası seçilmişdi. Bir il sonra isə "Qəbələ" turniri 7-ci sırada tamamlamışdı.