«Qəbələ» Milan «İnter»i ilə başladı - Video
Xəbərlər / 21 Aprel 2017 | 14:56429
«Qəbələ» Milan «İnter»i ilə başladı - Video

U-16 komandamız Gürcüstanın paytaxtı Tiflisdə keçirilən Vitali Dareseliya turnirində mübarizəyə start verib.

Aprelin 20-25-də keçiriləcək yarışın ilk günü geridə qalıb. “Qəbələ” A qrupunda İtaliya “İnter”i ilə gücünü sınayıb. Matç italyanların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Komandamızın qolunu Məhəmməd Məhərrəmov vurub. Şəhruz Mustafayevin komandası ikinci oyunda meydan sahibi Tiflis "Dinamo"su ilə qarşılaşacaq. Matç bu gün, saat 16:00-da keçiriləcək. "Qəbələ" qrupdakı digər rəqibi Belçika "Gent"i olacaq. Matç sabah - aprelin 22-də keçiriləcək.