«Qəbələ»nin 10 futbolçusu U-19-da
Xəbərlər / 23 Fevral 2017 | 19:41529
«Qəbələ»nin 10 futbolçusu U-19-da

19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası təlim-məşq toplanışına start verib. Hazırlıq prosesinə “Qəbələ”nin futbolçuları da qatılıb. Belə ki, “qırmızı-qaralar”ın 10 oyunçusu millinin düşərgəsindədir. Bunlar Fərid Nadirov, Rüstəm Nuriyev, İzzət Müştaqov, Vüsal Mustafayev, Məzahir Əhmədov, Əmrah Zülfüqarlı, Faiq Hacıyev, Abbas Ağazadə, İlkin Abdullayev və Kamran Quliyevdir.
Yığmamızın Bakıda keçirilən toplanışı seleksiya xarakteri daşıyır. Millimiz fevralın 25-dək paytaxtda hazırlıq keçəcək.