«Qəbələ»nin 3 futbolçusu Azərbaycan yığmalarında
Xəbərlər / 13 Fevral 2018 | 20:20297
«Qəbələ»nin 3 futbolçusu Azərbaycan yığmalarında

“Qəbələ”nin futbolçuları 17 və 19 yaşadək qızlardan ibarət Azərbaycan milli komandalarına dəvət olunub. Lamiyə Qurbanova və Anna Abulaşvili fevralın 12-də təlim-məşq toplanışına start verən U-17-nin heyətində hazırlıq keçir. Yığmamız fevralın 28-dək Bakıda məşq edəcək. Nigar Abdulova isə U-19-a çağırılıb. Millimiz sabah toplanışa başlayacaq. Komanda ayın 21-dək paytaxtda hazırlıq keçəcək.

Xatırladaq ki, həm U-17, həm də U-19 bu ilin yazında Avropa çempionatının elit-raundunda qüvvəsini sınayacaq və toplanış həmin turnirə hazırlıq xarakteri daşıyır.