«Qəbələ»nin 7 futbolçusu Azərbaycan yığmasında
Xəbərlər / 30 Mart 2017 | 18:35306
«Qəbələ»nin 7 futbolçusu Azərbaycan yığmasında

“Qəbələ”nin üzvləri 16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasına dəvət alıb. Futbolçularımız millinin təlim-məşq toplanışında iştirak edəcək. Yeddi oyunçumuz aprelin 2-də start götürəcək toplanışa çağırılıb. Bunlar Rauf Rüstəmli, Vüsal Şabanov, Samir Məhərrəmli, Nemət Şıxəmirov, Rüfət Əhmədov, Veysəl Rzayev və Rauf Məhərrəmovdur. Onlar ayın 9-dək davam edəcək hazırlıqda iştirak edəcəklər. Millinin toplanışı Bakıda gerçəkləşəcək.