«Qəbələ»nin 7 futbolçusu milli komandada
Xəbərlər / 15 Sentyabr 2017 | 22:43519
«Qəbələ»nin 7 futbolçusu milli komandada

16 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin heyəti açıqlanıb. “Qəbələ”nin U-16 komandasının 7 futbolçusu da yığmaya dəvət alıb. Bunlar Vüsal Şabanov, Müşfiq Nadirov, Rüfət Əhmədov, Nemət Şıxəmirov, Samir Məhərrəmli, Rauf Məhərrəmov və Çingiz Məmmədovdur. Onlar sentyabrın 18-dən 23-dək Bakıda, ayın 24-dən 28-dək isə Gürcüstanın paytaxtı Tbilisidə təlim-məşq toplanışında olacaq. Yığmamız hazırlıq çərçivəsində 2 yoldaşlıq oyunu keçirəcək.