«Qəbələ»nin 8 futbolçusu milli komandada
Xəbərlər / 5 May 2017 | 22:09535
«Qəbələ»nin 8 futbolçusu milli komandada

15 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının heyəti açıqlanıb. “Qəbələ”nin 8 futbolçusu yığmanın heyətində yer alıb. Milliyə Zaur Sultanov, Vüsal Mirzəzadə, Xəyal Səmədov, Ülvi Mədətov, Rauf Rüstəmli, Taleh Qarayev, Kamal Kazımov və Pərviz Şirinov dəvət olunub. Onlar mayın 8-10-da keçiriləcək təlim-məşq toplanışında iştirak edəcək. Yığmanın hazırlıq prosesi Bakıda baş tutacaq.