«Qəbələ»nin Afinada üçüncü günü
Xəbərlər / 21 Aprel 2017 | 23:15347
«Qəbələ»nin Afinada üçüncü günü

Yunanıstanın paytaxtı Afinada keçirilən “Elit Neon Cup” turnirində qrup mərhələsinə yekun vurulub. Aprelin 20-də iki matç keçirən “Qəbələ”nin futbolçuları və nümayəndə heyəti səfərin 3-cü gününün ilk yarısında şəhərlə tanış olub, tarixi Akropolis muzeyini ziyarət ediblər. Ardınca “qırmızı-qaralar” Azərbaycanın Yunanıstandakı fövqəladə və səlahiyyətli səfiri Rəhman Mustafayevin qəbulunda olub. Səfir öncə Yunanıstan və burada yaşayan həmyerlilərmiz haqda danışıb, həmçinin bu ölkədə futbola olan maraqdan bəhs edib. O, komanda ilə tanış olub, çıxışları ilə maraqlanıb. Rəhman Mustafayev bu turnirin komanda üçün təcrübə baxımından əhəmiyyətindən danışıb, futbolçulara uğurlar arzulayıb. Görüşdə 15 və 16 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandalarının baş məşqçisi Vüqar Məmməd də iştirak edib. Görüşün sonunda xatirə şəkli çəkdirilib.
Turnirin qrup mərhələsinin III turunda “Qəbələ” “Panatinaiikos”la qarşılaşıb. Yunanıstan təmsilçisi bu qarşılaşmada 2:0 hesabı ilə qələbə qazanıb.
Xatırladaq ki, B qrupunda çıxış edən Famil Xəlilovun baş məşqçisi olduğu komanda ilk oyun günündə öncə “Apollon” (Yunanıstan) klubu ilə heç-heçə edib (1:1), ardınca “Partizan”a (0:3) məğlub olub.