«Qəbələ»nin futbolçusu milli komandada
Xəbərlər / 2 Mart 2017 | 21:36405
«Qəbələ»nin futbolçusu milli komandada

“Qəbələ”nin qızlardan ibarət komandasının futbolçusu Azərbaycan millisinə cəlb edilib. Güləmbər Qasımova qadınlardan ibarət Azərbaycan yığmasının təlim-məşq toplanışına qatılıb. O, yığmamızın Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərindəki hazırlıq prosesində iştirak edən 20 oyunçu arasında yer alıb. Yığmamız martın 6-da yekunlaşacaq toplanış çərçivəsində BƏƏ milli komandası ilə 2 yoldaşlıq oyunu da keçirəcək.