«Qəbələ»nin üç futbolçusu U-19-da
Xəbərlər / 18 Sentyabr 2017 | 22:33380
«Qəbələ»nin üç futbolçusu U-19-da

19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının heyəti açıqlanıb. “Qəbələ”nin üç futbolçusu da yığmaya çağırılıb. Bunlar Abbas Ağazadə, Faiq Hacıyev və Əli Sadıxovdur. Onlar millinin Almaniyada gerçəkləşəcək təlim-məşq toplanışında iştirak edəcək. Yığmamız sentyabrın 18-dən oktyabrın 1-dək Bad Vorişofen şəhərində hazırlıq keçəcək.
Xatırladaq ki, təlim-məşq toplanışı Avropa çempionatının seçmə mərhələsinə hazırlıq xarakteri daşıyır.