«Qəbələ» qrup mərhələsini uğurla adladı
Xəbərlər / 23 Dekabr 2012 | 21:32394
«Qəbələ» qrup mərhələsini uğurla adladı

"Əlincə" Turnirində iştirakını davam etdirən "Qəbələ"nin 13 yaşa qədər futbolçulardan ibarət komandası qrup mərhələsini uğurla adlayıb. İkinci matçda ROİL-lə qarşılaşan "qırmızı-qaralar" oyundan bir xalla ayrılıblar. Görüş ərzində hər iki tərəfin fərqlənmək imkanı olsa da, hesab açılmayıb - 0:0. Bu nəticədən sonra "Qəbələ" 4 xalla qrup mərhələsini ilk pillədə bitirib. ROİL isə digər mərhələyə vəsiqə qazanan ikinci komanda olub. Digər qrupdan isə müvafiq olaraq "Neftçi" və "İnter" yarımfinalda mübarizə hüququ qazanıb. "Qəbələ" sabah "İnter"lə finala vəsiqə uğrunda üz-üzə gələcək.