«Qəbələ» Tiflisdə 6-cı oldu
Xəbərlər / 25 Aprel 2017 | 21:12332
«Qəbələ» Tiflisdə 6-cı oldu

Gürcüstanın paytaxtı Tiflisdə keçirilən Vitali Daraseliya turnirinə yekun vurulub. Yarışın son günündə həlledici qarşılaşmalar baş tutub. “Qəbələ”nin 16 yaşadək futbolçulardan ibarət komandası 5-ci yer uğrunda oyunda Türkiyənin “Trabzonspor” klubu ilə görüşüb. “Qırmızı-qaralar” bu qarşılaşmada 1:3 hesabı ilə məğlub olub. Komandamızın qoluna Təbriz İsazadə imza atıb. Beləliklə, Şəhruz Mustafayevin baş məşqçisi olduğu komanda turniri 6-cı yerdə başa vurub.

Yarışın qalibi isə Kiyev “Dinamo”su olub. Ukrayna təmsilçisi finalda Hollandiya “Alkmaar”ını məğlub edib – 1:1, pen. 4:2. 3-cü yer uğrunda matçda Belçika “Gent”i İtaliya “İnter”indən güclü olub – 0:0, 5:4. 7-ci yer uğrunda matçda isə Tiflis “Dinamo”su Zaqrebdən olan həmklublarına 3:1 hesabı ilə qalib gəlib.