«Qəbələ» U-12 Liqasının çempionudur - Fotoreportaj
Xəbərlər / 12 May 2017 | 16:57976
«Qəbələ» U-12 Liqasının çempionudur - Fotoreportaj

AFFA-nın təşkilatçılığı ilə keçirilən U-12 Liqasında 2016-2017-ci illər mövsümünə yekun vurulub. “Qəbələ”nin 12 yaşadək futbolçulardan ibarət komandası finalda Gəncə təmsilçisi “Azəri” TİM ilə görüşüb. “Qırmızı-qaralar” həlledici görüşdə böyükhesablı qələbə qazanıb – 3:0. Final qarşılaşmasında Okan Təhməzli 2, Ömər Qurbanov 1 qol vurub. Bununla da “Qəbələ” U-12 Liqasının çempionu tituluna yiyələnib. Qarşılaşmadan sonra qaliblər qızıl medallar və çempionluq kuboku ilə təltif olunub. Futbolçumuz Okan Təhməzli yarışın ən yaxşı futbolçusu kimi mükafatlandırılıb.

Xatırladaq ki, U-12 cari mövsümdə “Qəbələ”nin çempion adını qazanan 4-cü komandasıdır. Bunadək U-16, U-15 və U-13-də qızıl medallar qazanmışdı.