«Qəbələ» U-19 Liqasının gümüş mükafatçısıdır
Xəbərlər / 24 May 2017 | 23:42432
«Qəbələ» U-19 Liqasının gümüş mükafatçısıdır

Bu gün U-19 Liqasında 2016-2017-ci illər mövsümünə yekun vurulub. “Qəbələ” XXXIII turun qarşılaşmasında “Şərurspor” üzərində texniki qələbə qazanıb. Rqəib komanda yarışda çıxışını dayandırdığından “qırmızı-qaralar”a meydana çıxmadan 3 xal əldə edib – +:- (3:0). Bu, komandamızın mövsümdə 24-cü qələbəsi olub. Hesabında 6 heç-heçə və 3 məğlubiyyət olan “Qəbələ” 78 xalla çempionatı 2-ci pillədə başa vurub. Gümüş medallara yiyələnən komandamız yarışda 107 qol vurub, 22-ni buraxıb.

Bu, futbol akademiyamızın cari mövsüm liqalarda qazandığı 8-ci mükafat olub. Bunadək U-16, U-15, U-13, U-12, U-11 qızıl, U-14 və U-10 bürünc medallara yiyələnib.