«Qəbələ» Zaqreb «Dinamo»sunu 1 qolla məğlub etdi
Xəbərlər / 24 Aprel 2017 | 22:16348
«Qəbələ» Zaqreb «Dinamo»sunu 1 qolla məğlub etdi

Gürcüstanın paytaxtı Tiflisdə keçirilən Vitali Daraseliya turnirində növbəti oyunlar keçirilib. “Qəbələ”nin 16 yaşadək futbolçulardan ibarət komandası 5-8-ci yerlər uğrunda mübarizəyə qoşulub. “Qırmızı-qaralar”ın rəqibi Xorvatiyanın “Dinamo” klubu olub. Şəhruz Mustafayevin baş məşqçisi olduğu komandamız Zaqreb təmsilçisi ilə görüşdə 1:0 hesabı ilə qalib gəlib. “Qəbələ”nin heyətində Samir Qurbanov fərqlənib. Sabah turnirdə son oyunlar keçiriləcək. “Qırmızı-qaralar” 5-ci yer uğrunda matçda Türkiyənin “Trabzonspor” komandası ilə görüşəcək.

Yarışın qalibi isə “Alkmaar” (Hollandiya) – “Dinamo” (Kiyev, Ukrayna) matçında müəyyənləşəcək. “Gent”lə (Belçika) “İnter” (İtaliya) 3-cü, Tiflis və Zaqrebi təmsil edən “Dinamo” komandaları isə 7-ci yer uğrunda matçda üz-üzə gələcək.