Qəbələdə seleksiya günü - Fotoreportaj
Xəbərlər / 28 Avqust 2012 | 11:51301
Qəbələdə seleksiya günü - Fotoreportaj

İstedadlı yeniyetmə və gəncləri daim diqqət mərkəzində saxlayan, onların üzə çıxarılaraq ölkə futboluna qazandırılması istiqamətində işlər görən “Qəbələ” Futbol Akademiyası növbəti seçimlərini keçirib. Qəbələ şəhər stadionunda baş tutan seçimlərdə hər zaman olduğu kimi izdiham yaşanıb. 10-17 yaşlı gənclər arasında baş tutan seçimlərdə 300-dən artıq futbolçu akademiyaya seçilmək uğrunda mübarizə aparıb. Seçimlərdə iştirak edən bir neçə istedadlı və gələcək vəd edən futbolçu məşqçilər korpusunun diqqətini cəlb edib. Yaxın günlərdə akademiyada bilik və bacarıqlarını artırmaq imkanı qazanan futbolçuların adları açıqlanacaq.