Rəsmilərimiz «Şerif»in akademiya rəhbərliyi ilə görüşüb
Xəbərlər / 16 Mart 2013 | 19:56358
Rəsmilərimiz «Şerif»in akademiya rəhbərliyi ilə görüşüb

Xəbər verdiyimiz kimi "Qəbələ"nin 15 yaşa qədər futbolçulardan ibarət komandası Moldovada təşkil olunan turnirdə iştirak edir. Bu gün keçirilən "Şerif"-"Qəbələ" oyunundan sonra komandamızın rəsmiləri akademiya dirketorunun müavini Nail Kərimov, akademiyanın baş məşqçisi Halim Fiçıcı, məşqçilər Uğur Kurt və Hüseynqulu Quliyev "Şerif" Akademiyasının direktor müavini Yevqeniy Molovat ilə görüşüb. Görüş zamanı hər iki tərəf akademiyaların fəaliyyəti barədə təcrübələri və gələcək planları barədə məlumat verib. Molovat komandamızın turnirdəki çıxışını yüksək qiymətləndirib və final oyununda uğurlar arzulayıb. Komandaların akademiya səviyyəsində əməkdaşlığının perspektivləri barədə fikir mübadiləsi aparan rəsmilər əməkdaşlıq barədə şifahi razılığa gəliblər. Sonda "Qəbələ" rəsmiləri "Şerif"in bazası ilə tanış olublar.