Rinus Mixels mükafatını yenə Stenli Brard əldə etdi
Xəbərlər / 13 May 2013 | 16:43408
Rinus Mixels mükafatını yenə Stenli Brard əldə etdi

“Qəbələ” Futbol Akademiyasının yeni direktoru Stenli Brard mükafatlarına daha birisini əlavə edib. 2010, 2011 və 2012-ci illərdə Hollandiyanın ən yaxşı akademiyası seçilən “Feyenoord” Futbol Akasdemiyası bu mövsüm də eyni titula sahib çıxıb və Brard Rinus Mixels mükafatına layiq görülüb. Mükafat Stenli Brarda məşhur hollandiyalı mütəxəssis Luis van Qaal tərəfindən təqdim edilib. Təqdimat mərasimində Van Qaal Hollandiyanın peşəkar futbolunda heç kimin Stenli Brard  qədər istedadlı futbolçu və peşəkar gənc məşqçi yetişdirmədiyini söyləyib. O Brardın “PSV Eyndhoven”nin, “Ayaks”ın və digər klubların akademiyaya xərclədiyi vəsaitin yarısı qədər büdcə ilə çalışdığını, lakin görülən işlərdə və əldə olunan mükafatlarda adıçəkilən klubları geridə qoydugunu bildirib.