U-10-dan 14, U-11-dən 12 cavabsız qol
Xəbərlər / 14 Dekabr 2017 | 23:09623
U-10-dan 14, U-11-dən 12 cavabsız qol

AFFA-nın təşkil etdiyi aşağı yaş qrupları üzrə liqalarda növbəti oyunlar keçirilib. “Qəbələ” Futbol Akademiyasının komandaları müvafiq liqalarda qüvvələrini sınayıblar. 

Gənclər Liqasında mübarizə aparan U-19 XIII turda istirahət edib. Komandamız 11 oyundan sonra 29 xalla yarışın vahid lideridir. 

U-17 evdə “Səbail”i məğlub edib – 1:0. 13 matçda 35 xal yığan komandamız turnir cədvəlinin 1-ci pilləsində qərarlaşıb.

“Qəbələ” U-16 Liqasında “Zirə”ni qəbul edib. Görüş 2:2 hesablı nəticə ilə başa çatıb. “Qırmızı-qaralar” 12 oyundan sonra 28 xalla 1-ci pillədə yer alıblar. 

U-15 səfərdə “Qarabağ”a qalib gəlib – 3:2. 12 görüşdə 34 xal toplayan komandamız liqanın turnir cədvəlinə başçılıq edir. 

Paytaxt zonasında çıxış edən U-14 “Sumqayıt”dan güclü olub – 3:0. 12 oyundan sonra 32 xala malik komandamız 1-ci pillədə qərarlaşıb.

Eyni zonada mübarizə aparan U-13 “Səbail”ə qalib gəlib – 2:1. 11 matçda 30 xal toplayan komandamız 2-ci pillədə qərarlaşıb. 

Şimal-Qərb və Qarabağ regionunun Qəbələdə keçirilən oyunlarında isə U-12, U-11 və U-10 komandalarımız XIII turun matçlarına çıxıblar. 12 yaşadək futbolçulardan ibarət “Qəbələ” UGİM “Rabitəçi”ni (Yevlax) 2:0, UGİM isə Yevlaxın UGİM-ini 5:0 hesabı ilə məğlub edib. 13 turdan sonra ilk iki pillədə qərarlaşan təmsilçilərimizin hərəsinin 34 xalı var. U-11 Liqasında “Qəbələ” İsmayıllı UGİM-ini 12:0, UGİM Yevlax UGİM “Rabitəçi”sini 4:0 hesabı ilə məğlub edib. 13 oyundan 39 xal toplayan “Qəbələ” 1-ci, 247xal qazanan UGİM 2-cidir. U-10 Liqasında “Qəbələ” Ağdaş UGİM-ini 14:0 hesabı ilə yenib. Gİİ isə UGİM-ə qalib gəlib – 3:2. 11 görüşdə 33 xal yığan “Qəbələ” 1-ci pillədədirsə, 24 xal toplayan Gİİ 3-cü, 18 xala malik UGİM 4-cüdür. 

Qızlardan ibarət komandamız Yüksək liqada “Qubek”i 3:1 hesabı ilə üstələyib. 9 turdan sonra “qırmızı-qaralar” 22 xalla yarışın lideridir.