U-12 «İzmir cup»da qüvvəsini sınadı
Xəbərlər / 9 Aprel 2018 | 15:12510
U-12 «İzmir cup»da qüvvəsini sınadı

Türkiyədə keçirilən 12 yaşadək futbolçular arasında “İzmir cup” turnirinə yekun vurulub. Yarışda “Qəbələ”nin U-12 komandası da qüvvəsini sınayıb. “Qırmızı-qaralar” 56 komandanın mübarizə apardığı yarışa A qrupunda başlayıb. Bu mərhələdə “Qəbələ” Türkiyə təmsilçisi “Karasu”nu 2:0 hesabı ilə məğlub edib, “Rizəspor”a (Türkiyə) 1:2, “Mançester Siti”yə (İngiltərə) 0:3, “Qalatasaray”a (Türkiyə) 0:5, “Altay”a (Türkiyə) 0:1, “Alkmaar”a (Hollandiya) 0:7 hesabı ilə uduzub.
Növbəti qrup mərhələsində “Qəbələ” Küveytin “Al-Arabi” (1:1, 2:2) və Azərbaycanın digər təmsilçisi “Neftçi” (1:1, 2:2) ilə qarşılaşıb. Ardınca “qırmızı-qaralar” “Göztəpə” (Türkiyə) ilə qolsuz bitən matçın penaltilər seriyasında qalib gəlib. 
Komandamız turnirin son günündə “İzmir Bornova”ya (Türkiyə) 0:1, “Dinamo”ya (Tiflis, Gürcüstan) 0:2 hesabı ilə uduzub.
Turnirin qalibi adını isə Hollandiya təmsilçisi “Alkmaar” qazanıb.