U-12 növbəti mərhələdə
Xəbərlər / 14 Aprel 2017 | 00:35500
U-12 növbəti mərhələdə

Türkiyədə keçirilən 12 yaşadək futbolçular arasında “İzmir Cup”da qrup mərhələsinə yekun vurulub. H qrupunda mübarizə aparan “Qəbələ”nin U-12 komandası bu mərhələdə 5 matç keçirib. “Qırmızı-qaralar” “Manisa Bələdiyyəspor”, “Kamalpaşa 1923” və Muğla yığması ilə qolsuz heç-heçə edib. “Altınordu”ya 0:1 hesabı ilə uduzan “Qəbələ” Almaniyanın “Ayntraxt” (Essen) klubu üzərində böyükhesablı qələbə qazanıb – 3:0. Mərhələni 6 xalla başa vuran “qırmızı-qaralar” 4-cü yeri tutub. Bu nəticələr Zaur Hacıyevin yetirmələrinin növbəti mərhələyə yüksəlməsinə imkan yaradıb.

Bu raundda 32 komanda 8 qrupda çıxış edəcək. “Qəbələ” E qrupunda mübarizə aparacaq. U-12 komandamızın rəqibləri Türkiyənin “Altay”, “İnegölspor” və Rusiyanın “Krasnodar” klubları olacaq.