U-13 Çempion!!! - Fotoreportaj
Xəbərlər / 21 May 2012 | 10:58660
U-13 Çempion!!! - Fotoreportaj

“Qəbələ”nin 13 yaşa qədər futbolçulardan ibarət komandası Coca-Cola U-13 Liqasının qalibi olub. İlkin mərhələdə Şimal-Qərb Zonasında mübarizə aparan komandamız bu etapı ilk pillədə tamamlayıb. Keçirdiyi 14 oyunda 13 qələbə və 1 heç-heçə əldə edən U-13 rəqib qapılarından 78 qol keçirib. Əvəzində isə yalnız 4 dəfə qapısında qol görüb. Final mərhələsində isə “Qəbələ” “Neftçi”, “Turan” və “Şahbuz” kollektivləri ilə eyni qrupda mübarizə aparıb. “Turan” (3:0) və “Şahbuz” (6:0) inamlı qələbə qazanan və “Neftçi”yə (0:4) məğlub olan təmsilçimiz qrup mərhələsini 2-ci pillədə adlayıb. ¼ finalda “Qarabağ”la qarşılaşan “Qəbələ” rəqibin qapısından 5 cavabsız top keçirib və yarımfinala vəsiqə qazanıb. Yarımfinalda U-13 “Buzovna Bələdiyyəsi” ilə üz-üzə gəlib və rəqibi üzərində 3:0 hesablı qələbə qazanıb. Finalda “İnter”ə rəqib olan “Qəbələ” bu oyunu da yüksək səviyyədə keçirib. Lakin komandamızın çoxsaylı qol imkanlarına baxmayaraq oyunun əsas vaxtında hesab açılmayıb. Oyunsonrası penaltilər seriyasında isə “Qəbələ” “İnter”dən üstün olub – 3:0.
Beləliklə, “Qəbələ” U-13 komandası 2011-2012 mövsümünün qalibi olub. Xatırladaq ki, ötən mövsüm də turnirin qalibi "Qəbələ" olmuşdu. Üçüncülük uörunda matçda isə "Buzovna Bələdiyyəsi"nə qalib gələn "Neftçi" bürünc medallara sahib olub. 
Final matçından sonra qaliblərə kubok və medallar təqdim olunub. 
Komandamızı qələbə münasibəti ilə təbrik edir, yeni-yeni uğurlar arzulayırıq.