U-13-dən 13, U-14-dən 6 cavabsız qol
Xəbərlər / 14 Fevral 2018 | 21:11390
U-13-dən 13, U-14-dən 6 cavabsız qol

AFFA-nın təşkilatçılığı ilə aşağı yaş qrupları üzrə liqalarda növbəti matçlar keçirilib. “Qəbələ”nin komandaları da son bit həftədə meydana çıxıb. Gənclər Liqasında mübarizə aparan U-19 “Zirə”nin qonağı olub. Komandamız 2 cavabsız qolla qələbə qazanıb. 14 matçda 38 xal toplayan “Qəbələ” çempionatın lideridir.

Öz meydanında “Sumqayıt”la qarşılaşan U-17 komandamız 1 xalla kifayətlənib – 2:2. 20 görüşdə 51 xal yığan “qırmızı-qaralar” 1-ci pillədə qərarlaşıb. U-15 evdə “Turan”ı böyük hesabla məğlub edib – 3:0. Komandamız 16 oyundan sonra 43 xalla 1-ci yerdə qərarlaşıb.

Bu il ilk oyununa çıxan U-14 Paytaxt zonasında “Zirə”ni məğlub edib – 6:0. Böyükhesablı qələbədən sonra xal hesabını 41-ə çatdıran “Qəbələ” 15 oyun keçirib və yarışın lideridir.

Eyni zonada çıxış edən U-13 “Təhsil” FM-ə 13 cavabsız qolla qalib gəlib. 14 matçda 37 xal toplayan komandamız 1-ci pillədə yer alıb.