U-13-dən bir məğlubiyyət, bir qalibiyyət
Xəbərlər / 31 Mart 2013 | 21:50423
U-13-dən bir məğlubiyyət, bir qalibiyyət

"Qəbələ"nin 13 yaşa qədər futbolçulardan ibarət komandası Türkiyənin Antalya şəhərində - IV Vodafone Beynəlxalq Turnirində bu gün iki oyun keçirib. İlk matçda təmsilçimiz Türkiyənin köklü klublarından "Bursaspor"lu həmyaşıdları ilə üz-üzə gəlib. Qarşılaşmada daha yaxşı təsir bağışlayan qardaş ölkə təmsilçisi 4:0  hesabilə qalib gəlib. Günün ikinci görüşündə "qırmızı-qaralar" “Kosova SDC – İFA” ilə qarşılaşıb. Qrupun ikinci matçında üstün oyun nümayiş etdirən "Qəbələ" rəqibini 5:0 hesabilə məğlub edib. Komandamıza qələbə qazandıran qollara Məhəmməd Abbaslı (2), Samir Atakişiyev (2), Təbriz İsazadə imza atıb. 
Qrup mərhələsinin son oyununda təmsilçimiz sabah - aprelin 1-də "Kızılcahamamspor"la üz-üzə gələcək.