U-13 liderliyə yüksəldi
Xəbərlər / 16 Mart 2017 | 23:04438
U-13 liderliyə yüksəldi

“Qəbələ” Futbol Akademiyasının komandaları növbəti oyunlarını keçirib. Təmsilçilərimiz AFFA-nın təşkilatçılığı ilə keçirilən aşağı yaş qrupları üzrə liqalarda sınağa çıxıb. U-19 evdə “Neftçi” İK İB üzərində böyükhesablı qələbə qazanıb – 4:0. 24 oyunda 56 xal toplayan “qırmızı-qaralar” 2-ci pillədə qərarlaşıb. Bakcell U-17 Liqasında “Qəbələ” “Neftçi” ilə qolsuz heç-heçə edib. 19 qarşılaşmadan sonra hesabında 45 xalı olan komandamız 4-cü pillədədir.
Paytaxt zonasında çıxış edən U-14 “Vətən” RİOEUG ilə matçdan bərabərliklə ayrılıb – 1:1. 14 matçda 29 xal toplayan komandamız 4-cü sırada yer alıb. U-13 də eyni rəqiblə qarşılaşıb. 1:0 hesablı qələbə qazanan “qırmızı-qaralar” 16 qarşılaşmadan sonra 35 xala malikdir. Bu qələbə “Qəbələ”ni liderliyə daşıyıb.
U-12 Liqasında Şimal-Qərb və Qarabağ regionunun Qəbələ zonasında çıxış edən komandalarımız növbəti oyunlarını keçirib. “Qəbələ” “Kürmük”ə qalib gəlib – 4:0. UGİM isə Oğuz UGİM-i ilə heç-heçə edib – 1:1. 16 turdan sonra “qırmızı-qaralar” 48 xalla 1-ci, “məktəblilər” 31 xalla 3-cüdür.
Eyni zonada çıxış edən U-11-lərin yarışında “Qəbələ” “Daşqın”ı 7:0, UGİM Qax ROİL-ini 3:1 hesabı ilə yenib. 16 turdan sonra “Qəbələ” 48 xalla 1-ci, UGİM 40 xalla 2-cidir. Qızların Yüksək Liqa yarışlarında XIV tur baş tutub. “Qəbələ” “Zaqatala”nı 4:0 hesabı ilə məğlub edib. 11 matçda 28 xal toplayan “qırmızı-qaralar” çempionatın lideridir.