U-13 VI Vodafone Turnirini 16-cı yerdə tamamladı
Xəbərlər / 5 Aprel 2013 | 20:26418
U-13 VI Vodafone Turnirini 16-cı yerdə tamamladı

Antalyada keçirilən IV Vodafone Kubokuna yekun vurulub. Turnirdə iştirak edən "Qəbələ"nin 13 yaşa qədər futbolçulardan ibarət komandası yarışı 16-cı sırada tamamlayıb. 1/8 final mərhələsində "Vilyarreal"a (0:2) məğlub olan "qırmızı-qaralar" 9-16-cı yerlər uğrunda mübarizəyə qoşulub. İlk öncə "Sarıyer"lə qarşılaşan təmsilçimiz matçdan heç-heçə ilə ayrılıb - 1:1. Qalibi müəyyənləşdirmək üçün penalti vuruşlarına keçilib. Bu mərhələdə daha dəqiq oynayan "Sarıyer" qalib gəlib. Növbəti görüşdə - 13-16-cı yerlər uğrunda matçda "Qəbələ" "İstanbulkartalspor"la qarşılaşıb. Sözügedən oyunda 0:2 hesabilə məğlub olan "qırmızı-qaralar" 15-16-cı yerləri müəyyənləşdirəcək matçda qüvvəsini sınayıb. Turnirin qapanış oyunu da "Qəbələ" üçün uğursuz alınıb - 0:3. Beləliklə, "Qəbələ" IV Vodafone Kubokunu 16-cı yerdə yekunlaşdırıb.
Turnirin çempionluq kubokuna finalda "Bursaspor"u (əsas vaxt 2:2) penalti vuruşları ilə məğlub edən "Vilyarreal" sahib çıxıb.